Ağsuda oğurluq edən şəxs həbs edildi - VİDEO

10:39 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağsu rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Hafta.az xəbər verir ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisələri törətməkdə təqsirli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 35 yaşlı Teymur Rəhimov müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı cinayət işi başlanılıb.

Məhkəmənin qərarı ilə T.Rəhimov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.